Previous Next

ADPU-nun prorektoru  “TÜRKSOY-un 30 illiyi”  yubiley medalı ilə təltif olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY)  “TÜRKSOY-un 30 illiyi” yubiley medalı ilə təltif edilib. Medalı TÜRKSOY-un baş katibi, pofessor Sultan Rayev təqdim edib.                        
Qeyd etmək yerinə düşər ki, türk dünyası universitetlərində ilk TÜRKSOY kafedralarından biri 7 dekabr 2017-ci il tarixində ADPU-da yaradılıb. Yaradıldığı vaxtdan həmin kafedraya professor Asəf Zamanov rəhbərlik edir. Kafedranın fəaliyyəti dövründə türk dünyasının görkəmli elm, mədəniyyət və siyasi xadimlərinin yubileyləri münasibətilə beynəlxalq elmi konfranslar, konqreslər təşkil edilmiş, həmçinin A.E.Krımskinin "Nizami və müasirləri" monoqrafiyası ilk dəfə Azərbaycan dilinə tərcümə edilmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search