Previous Next

Pedaqoji Universitet kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü münasibəti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllim və tələbə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarətdə Universitetin rəhbərliyi, fakültə dekanları, müvafiq strukturların rəhbərləri, professor-müəllim heyəti və fəal tələbələr iştirak ediblər. 
Ziyarətdə Ulu Öndərin məzarı önünə əklil qoyulub, tər çiçəklər düzülüb. Eyni zamanda görkəmli ictimai xadim və oftolmoloq alim Zərifə xanım Əliyeva, görkəmli dövlət xadimləri Əziz Əliyev və Tamerlan Qarayevin də məzarları ziyarət olunub.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev bugünkü qüdrətli və firavan Azərbaycanın memarı, xalqımızın qəlbində əbədi yaşayacaq misilsiz dühadır. 2023-cü il, eyni zamanda, Azərbaycanda “Heydər Əliyev İli” elan olunmuşdur və il ərzində böyük şəxsiyyətin 100 illik yubileyi ilə bağlı bütün ölkədə olduğu kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində də silsilə tədbirlər, konfrans, simpozium və seminarlar, müsabiqə, olimpiada və sərgilər təşkil olunmuş, ilboyu ADPU-nun Heydər Əliyev Mərkəzi tərəfindən universitetin birinci tədris ili tələbələri arasında “Heydər Əliyev dərsləri” təşkil olunmuşdur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search