Previous Next

ADPU-nun Quba filialında buraxılış ili tələbələri üçün təlimlərə start verilib

Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GKİM) Quba –Xaçmaz regional nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində “İbtidai sinif müəllimliyi” ixtisasının sonuncu tədris ili tələbələri üçün təlimlərə start verilib.  Təlimlər filialın Tələbə, məzun və karyera şöbəsinin müdiri Hikmət Musayev və GİKM-in əməkdaşı Eyvaz Xeyrullayev tərəfindən keçirilir.
Qeyd edək ki, 14-18 dekabr tarixlərində davam edəcək təlimlərin ilk gününün proqramında karyera planlaması və özünütanıma, imkan araşdırılması (əmək bazarı), əmək bazarına uyğun məqsədlərin təyin olunması, məqsədlərə uyğun fəaliyyət planlaması, mütəmadi qiymətləndirmə (seçdiyimiz yol bizə nə qədər uyğundur) mövzularına müraciət edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search