Previous Next

ADPU tələbələri “Yüksəliş” qalibləri ilə mentorluq proqramında iştirak edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə istedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi, eləcə də kadr bankının yaradılması məqsədi ilə keçirilən “Yüksəliş” müsabiqəsində 2020-2021, 2022 və  2023-cü illərdə ümumilikdə 26.362 nəfər iştirak etmiş və 71 nəfər qalib gəlmişdir. 
Ölkədə mentorluq mədəniyyətinin inkişaf etməsi və yeni nəsil idarəçilərin yetişdirilməsində davamlılığın təmin edilməsi məqsədi ilə “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramı çərçivəsində qazandığı təcrübəni universitet tələbələri ilə bölüşmələri məqsədəuyğun görülmüşdür. Tələbələr üçün keçirilən mentorluq proqramının əsas məqsədi III və IV kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Qaliblər tərəfindən keçirilən bir illik mentorluq proqramına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəal tələbələri İsmayıl Nəsirov, Təhmasib İmaməliyev, Nərgiz Quluzadə, Cəmilə Qurbanova, Aygül Əliyeva və Günay Tairli də seçilmiş və proqrama cəlb edilmişdir. Proqram çərçivəsində tələbələrin qaliblərlə görüşləri keçirilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search