Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyi və “İrəli” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Əsgərin kitab rəfi” layihəsinə qoşulub.
Layihə çərçivəsində vətənimizin keşiyində duran əsgərlər üçün kitablar toplanıb və hədiyyə olunub.