Təəssüf hissi ilə bildiririk ki, ADPU-nun Riyazi analiz kafedrasının müdiri, professor Bəhram Əliyev vəfat edib.
ADPU-nun məzunu olan görkəmli alim universitetdə və Elmlər Akademiyasında uzun illər riyaziyyat üzrə tədqiqatlar aparıb, elmi-pedaqoji fəaliyyət göstərib.
Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim heyəti mərhum alimin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir! Bəhram müəllimin xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Allah Rəhmət Eləsin!