Previous Next

ADPU Təhsil Könüllüləri Tələbə Birliyi "Xəmsə" intellektual yarışı keçirib

Martın 30-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) İntellekt dərnəyi və Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə tələbələr arasında "Xəmsə" intellektual yarışı keçirilib.
Yarışda, ümumilikdə 12 komanda - "Lady Club", "Legion", "Optimistlər", "Lim10", "Beşlik", "Master Club", "Ərtoğrul", "SABAH", "Bosses", "Diamond", "Dreams" və "Nizami stansiyası" komandaları qalibiyyət uğrunda mübarizə aparıblar.
Yarış zamanı iştirakçılara dünyagörüşünə dair, ümumilikdə 5 mövzuda 30 sual təqdim olunub. 
5 mərhələdən ibarət yarışın yekun nəticələrinə əsasən, ADPU SABAH qrupları tələbərinin “SABAH" komandası qalib olub.
Sonda qalib komandalar diplomla təltif edilib, iştirakçılarla xatirə şəkili çəkdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search