Previous Next

ADPU-nun Şəki filialının yeni direktoru fəal və əlaçı tələbələrlə görüşüb

Aprelin 2-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Şəki  filialının yeni direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent  Vurğun  Məmmədov  filialın  fəal  və əlaçı tələbələri ilə geniş tərkibdə  ilk  görüşünü  keçirib. 
Görüşdə  filialın  direktor  müavinləri, dekanlar, digər struktur bölmələr  və tələbə  təşkilatlarının  rəhbərləri  iştirak  ediblər.
Direktor, dos. V. Məmmədov filialın gələcək fəaliyyət strategiyası barədə  tələbələri  məlumatlandırıb, görüləcək  işlərdən  bəhs  edib.
Tədbirdə çıxış edən  elmi  işlər  üzrə direktor  müavini,  dos. Nuralı Çələbiyev, tədris işləri üzrə direktor  müavini  vəzifəsini  icra edən, tarix üzrə  fəlsəfə  doktoru, baş müəllim Vüsal Baxışov və Karyera  mərkəzinin  müdiri,  baş müəllim Xuraman Həmidova müzakirə olunan  məsələlərlə  bağlı  öz  fikirlərini  bölüşüblər.
Sonra filialda  keçirilmiş  “Ən yaxşı  Novruz  xonçaşı”  müsabiqəsində  fərqlənən  tələbə  qruplarının  nümayəndələrinə I, II, III  dərəcəli diplomlar  təqdim olunub. Görüşün  sonunda yeni  direktor tələbələri dinləyib, onları  maraqlandıran  çoxsaylı  sualları cavablandırıb, hər hansı problemlə qarşılaşan  tələbələrin daim filial rəhbərliyinə müraciət edə biləcəyini diqqətə çatdırıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search