Previous Next

ADPU-nun Quba filialında Aprel döyüşlərinə həsr olunmuş tədbir: Qələbənin ilk addımları

Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Quba-Xaçmaz Regional Nümayəndəliyinin təşkilatçılığı ilə Aprel döyüşlərinin səkkinci ildönümünə həsr edilmiş “Qələbənin ilk addımları” adlı tədbir keçirilib. 
Əvvəlcə, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib. 
Filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilən tədbirdə filialın direktoru, dosent Yusif Alıyev məruzə ilə çıxış edərək, Vətən müharibəsində qələbə qazanılmasında Aprel döyüşlərinin rolunu xüsusilə qeyd edib. 
Direktor, gəncləri daha da vətənpərvər olmağa, Zəfər tariximizin səhifələrini mükəmməl mənimsəməyə çağırıb.
Tədbirdə iştirak edən 44 günlük Vətən müharibəsi veteranları Tarıyel Ağasıyev, Orxan Babayev və İlkin Abayevin də gənclərlə öz döyüş xatirələrini bölüşüb, tələbələrin suallarını cavablandırıblar.
Tədbirin sonunda Aprel döyüşlərinə həsr edilmiş sənədli film nümayiş olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search