Previous Next

ADPU-nun prorektoru və əməkdaşları məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün adaptasiya təlimində təqdimatla çıxış ediblər

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yeni təyinat alan məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün təşkil etdiyi adaptasiya təlimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva və  ADPU-nun Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) əməkdaşları təqdimatla çıxış ediblər. 
Təlimdə ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva “Məktəbəqədər təhsil müəssisələrinin öyrənən təşkilat kimi pedaqoji və sosial təsirləri” mövzusunda təqdimatla çıxış edib. K.Pirverdiyeva Peter M. Sengenin “Beşinci disiplin”  kitabında  öyrənən təşkilatların əsas modelleri olaraq qeyd edilən paylaşılan vizion, mental modellər, şəxsi ustalıq, komanda olaraq öyrənmənin bu tip təşkilatların formalaşmasında əhəmiyyətini vurğulayıb. O, öyrənən təşkilatların hər zaman digər təşkilatlarla müqayisədə bir addım öndə olduğunu ifadə edib. Bu prosesin çatılacaq bir hədəf deyil, uzun bir yol olduğunu qeyd edən  prorektor yeni təyinat alan müəssisə rəhbərlərinə bu yolda uğurlar arzulayıb.
Mərkəz əməkdaşları tərəfindən erkən öyrənmənin uşaqların inkişafındakı rolu, məktəbəqədər təhsilin şagirdlərin akademik nailiyyətlərinə, gələcək karyera inkişafına təsiri barədə məlumat verilərək, IELS beynəlxalq tədqiqatında erkən öyrənmənin əhəmiyyətinə dair çağırışlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb. Bunlarla yanaşı, ölkəmizin iştirak etdiyi beynəlxalq tədqiqatlar (TIMSS, ICILS, PISA, TALIS, PIRLS) haqqında qısa məlumat verilib. 
Qeyd edək ki, 2024-cü ildə pilot mərhələsi təşkil olunan, 2025-ci ildə əsas mərhələsinin keçirilməsi planlaşdırılan IELS tədqiqatında 5 yaşlıların ilkin savadlılıq və  hesablama, özünütənzimləmə və sosial-emosional bacarıqları ölçülür. Ölkəmiz bu tədqiqatda ilk dəfə iştirak edir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search