Previous Next

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin yarımfinalçıları üçün təlimlərə start verilib

Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin yarımfinalçıları üçün püşkatma və yarımfinal haqqında məlumat sessiyası keçirilib.
Eyni zamanda iştirakçılara dəstək məqsədi ilə idarəetmə sahəsində aktual mövzularda təlimlərə start verilib. 
İlk olaraq təlimçi Rüfət Əsədzadənin təqdimatında "Layihə yazılması və idarə olunması", müsabiqənin layihə rəhbəri, ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynovun təqdimatında isə "Təşkilati idarə etmə və korporativ stil" mövzusunda təlimlər təşkil olunub. İnteraktiv şəraitdə keçən təlimlərdə yarımfinalçılara müvafiq sahələr üzrə zəruri məlumatlar verilib, suallar cavablandırılıb.
Növbəti həftəsonu da təlimlərin davam edəcəyi gözlənilir.
Qeyd edək ki, "Sən də bacararsan!" şüarı ilə keçirilən müsabiqənin məqsədi ADPU-nun bakalavriat və magistrantlarının potensiallarını aşkara çıxarmaq, onların peşəkar və karyera inkişafına dəstək olmaq, eləcə də universitetin kadr bankını möhkəmləndirməkdir.
"bp Azərbaycan" şirkəti, "Prestij-S" Tədris Mərkəzi və "IT Brains Academy"in sponsorluğu ilə keçirilən müsabiqənin 10 qalibinin hər birini 1000 AZN pul mükafatı, 1 illik mentorluq proqramı, İT və xarici dil üzrə kurslardan yararlanmaq, eləcə də kadr bankına daxil olmaq imkanı gözləyir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search