23.04.2024-cü il tarixində ADPU-nun “Təlim və tədrisin təşkili və metodikası” magistratura ixtisaslaşmasının “Sinfin idarəolunması” fənnində Nigar Osmanlı qonaq spiker qismində iştirak edib. Fənn müəllimi, ADPU-nun prorektoru Könül Pirverdiyevanın təşəbbüsü ilə təşkil olunan görüşdə qonaq “Dərsin planlaşdırılması” mövzusunda təqdimatla çıxış edib.
Nigar Osmanlı təqdimat ərzində sinifdə proqram materialını perspektiv və cari planlaşdırmanın tərtibinə dair önəmli məqamları qeyd edib. O, dərsin planlanmasında təlim nəticələrinin düzgün müəyyən olunmasının və müəyyən olunan təlim nəticələrinin şagirdlərlə paylaşılmasının əhəmiyyətini vurğulayıb.
Dərs müddətində nəzəri məlumatlarla yanaşı, praktiki tapşırıqlar da icra olunub. Tələbələr praktiki fəaliyyət ərzində illik və cari planlaşdırmaya dair nümunələr tərtib ediblər.
Qeyd edək ki, Nigar Osmanlı “Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində 308 nömrəli məktəbin metodisti və ibtidai sinif müəllimidir.