Previous Next

Rektor “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalçıları ilə görüşüb

Aprelin 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalçıları ilə görüşüb.
Görüşdə, həmçinin tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və layihə rəhbəri Cavid Hüseynov da iştirak edib.
Müsabiqənin yarımfinalçıları ilə görüşdə çıxış edən rektor, prof. C.Cəfərov Pedaqoji Universitetin təhsil idarəçiliyi sahəsində innovativ və yenilikçi təcrübə və təşəbbüslərə açıq olduğunu və ali məktəblər arasında ilk dıəfə ADPU-da təşkil olunan bu formatda müsabiqənin də bu məqsədə xidmət edən, istedadlı tələbələrin potensiallarının aşkarlanması və onların kadr bankına əlavə olunmaları, mentorluq proqramına cəlb olunaraq inkişaflarına dəstək göstərilməsi məqsədi daşıdığını diqqətə çatdırıb.
Daha sonra yarımfinalçılar öz təəssüratlarını bölüşərək göstərilən yüksək diqqətə və yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, onları maraqlandıran sualları səsləndiriblər.
Görüşdən sonra isə müsabiqənin proqramına uyğun olaraq, yarımfinalçılar üçün növbəti təlimlər təşkil olunub. Təlimçi Fəxrəddin Abdullayev "Liderlik və natiqlik", təlimçi, “Yüksəliş” müsabiqəsinin finalçısı (2021 və 2023), universitetin redaktoru Taleh Mirzəyev isə "Situasiyaya uyğun davranış və hadisələrin düzgün təhlili" mövzularında təlimlər keçiblər. Təlimlərdə kollektiv müzakirələrdə liderlik və situasiyanın düzgün idarə edilməsi kimi mövzulara toxunulub.
Xatırladaq ki, ADPU-nun bakalavriat və magistrantları üçün nəzərdə tutulan müsabiqənin sponsorları “bp Azərbaycan” şirkəti, “Prestij-S” Tədris Məkəzi və “IT Brains Academy”dir. Müsabiqənin 10 qalibini 1000 AZN pul mükafatı, kadr bankına əlavə olunmaq imkanı, 1 illik mentorluq proqramı, eləcə də 1 illik xarici dil və İT kursları və digər hədiyyətlər gözləyir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search