Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) Məktəbəqədər təhsil fakültəsi təşkilatının təşkilatçılığı ilə "Temple Grandin" filminin nümayişi baş tutub.
“Dünya Autizm Maarifləndirmə ayı”na həsr olunmuş nümayişdə fakültənin tələbə və müəllimləri iştirak ediblər.
ADPU TGT-nin Məktəbəqədər təhsil fakültəsi təşkilatının sədri Mehriban Hüseynovanın açılış nitqindən sonra autizm spektr pozuntusu mövzusunda çəkilmiş film haqqında məlumat verilib, daha sonra tələbələr filmi izləyiblər.
Film bitdikdən sonra tələbələri maraqlandıran suallar səsləndirilib, mövzu haqqında müzakirələr aparılıb.