Previous Next

ADPU-nun Şəki filialında Gənc Psixoloqlar Birliyinin 6 illiyi qeyd olunub

Aprelin 29-da  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumelmi fənlər kafedrasının nəzdində fəaliyyət göstərən Gənc Psixoloqlar Birliyinin (GPB) fəaliyyətə başlamasının 6-cı ildönümünə həsr olunmuş “Doğru bilinən yanlışlar” mövzusunda tədbir keçirilib. 
Əvvəlcə təhsildə sosial-psixoloji xidmət ixtisasının III tədris ili tələbəsi Jalə Əliyeva “Ata-övlad münasibətində doğru bilinən yanlışlar” mövzusunda çıxış edib. Daha sonra III tədris ili tələbələri Aytac Mirzəliyeva, Gülər Hacızadə, Nüsrət Səmədov və II  tədris ili tələbəsi Röyal Qasımov mövzuya aid “Müasir ailə” adlı psixodram təqdim ediblər. Təhsildə sosial-psixoloji xidmət ixtisasının II tədris ili tələbəsi Nəzrin Məhərrəmovanın “Ailələrdə qız və oğlan övladlarının tərbiyəsində doğru bilinən yanlışlar” mövzusunda təqdimatı ilə bağlı isə I  tədris ili tələbələri Günel İbrahimli, Səma Şəldiyeva, Aysun Lətifova, Aysu Cabbarova, II tədris ili tələbəsi Cəfər Mehrablı və III tədris ili tələbəsi Nüsrət Səmədov “Əkizlər” adlı psixodram nümayiş etdiriblər. 
Sonda təhsildə sosial-psixoloji xidmət ixtisasının III tədris ili tələbəsi  Gülər Hacızadə “Təhsildə doğru bilinən yanlışlar” mövzusunsa çıxış edib. Mövzuya dair ixtisasın I tədris ili tələbələri Səma Şəldiyeva, Aysu Cabbarova, II tədris ili tələbələri Fatimə Mustafazadə, Günel Sadıqova, Aytən Gülməmmədova, Cəfər Mehrablı, III tədris ili tələbələri Aysel Məsimova və Aytac Mizəliyeva “Fədakar valideynlər” adlı psixodram səhnələşdiriblər.  
Tədbrin sonunda Şəki filialının elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri, dosent Sədrəddin Bədiyev və kafedranın baş müəllimi,  GPB-nin rəhbəri Kəmalə Ramazanova çıxış edib. 
GPB-nin 2023-2024-cü tədris ili ərzindəki fəaliyyətində, eləcə də tədbirin təşkilində fəallıq göstərən tələbələr rəhbərlik tərəfindən sertifikat və Fərxri Fərmanlarla mükafatlandırılıb. Tədbirdə birliyin  fəaliyyətinə aid videoçarx nümayiş etdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search