Mayın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən Psixoloji-pedaqoji xidmət laboratoriyasında tipik və atipik uşaqlar üçün “Açıq qapı” günü təşkil olunub.
Fakültə dekanı, pedaqogika elmləri doktoru Nailə Hüseynovanın rəhbərliyi ilə fakültənin müəllimləri “Açıq qapı” günündə iştirak edən uşaqları ödənişsiz psixoloji-pedaqoji müayinə edib, valideynlərə övladlarının vəziyyəti haqqında tövsiyələr veriblər.
Təşkil olunmuş “Açıq qapı” günündə 40-a yaxın uşaq mütəxəssislər tərəfindən müayinə olunub, psixoloji, pedaqoji, loqopedik, defektoloji və fiziki inkişafına görə dəyərləndirmələrdən keçiriliblər.