Previous Next

ADPU-nun Quba filialında Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzinin açılışı olub

Mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzinin açılışına həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Son illər Azərbaycan elminin və təhsilinin inkişafında inteqrativ dünya təcrübəsinin öyrənilməsinə xüsusi əhəmiyyət verən Pedaqoji Universitetin Quba filialı Özbəkistan universitetləri ilə əməkdaşlığa da önəm verir.  Bu istiqamətdə tədbirlər planına uyğun olaraq ADPU-nun Quba filialında Azərbaycan Dövlət Pedaqoji Universiteti, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzinin açılışına həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfransdan əvvəl filialın direktoru, dosent Yusif Alıyev və qonaqlar Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsini ziyarət ediblər. Daha sonra filiala gələn qonaqları əllərində çiçəklər və türk dövlətlərinin bayraqları olan tələbələr salamlayıblar.
Eyni zamanda konfrans çərçivəsində filialda yaradılmış “Azərbaycan mütəfəkkirləri” barelyefinin açılışı da olub. 
Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası işçi qrupunun üzvü Ceyhun Məmmədov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, ümumi işlər üzrə prorektoru Tural Cəlilov, rektor müşaviri Ümid Mehdiyev və azərbaycanlı rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova iştirak edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search