2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında tədbirlər planı tərtib olunub. Tədbirlər planına əsasən, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər, aksiyalar keçirilir.
Bu tədbirlər çərçivəsində növbəti tədbir kimi filialda "Yaşıl artım" devizi ilə ağacəkmə aksiyası keçirilib. Filialın direktoru, dosent Tünzalə Yusifova və tələbələrin fəal iştirakı ilə filialın həyətyanı sahəsində və “Şəhid məzunlarımız” güşəsində yaşıllaşdırma işləri aparılıb.