Previous Next

ADPU tələbələri 176 saylı tam orta məktəbdə Ümummilli Liderə həsr olunmuş tədbir keçiriblər

Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) YENİ Klub tələbə klubunun təşkilatçılığı ilə Yasamal rayonu 176 saylı tam orta məktəbdə Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib. 
Tədbir ADPU YENİ Klubun İbtidai təhsil fakültəsi üzrə rəhbəri Minə Rüstəmlinin giriş sözü ilə başlayıb, Ulu Öndərin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Minə Rüstəmli Ulu Öndərin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, Heydər Əliyev müstəqilliyimizin ilk dövründən Azərbaycanın gələcək uğurlu inkişafının ideoloji əsaslarını müəyyənləşdirmiş, həmçinin hər zaman təhsilə, müəllimə yüksək hörmət və diqqətlə yanaşmışdır. 
Tədbirin bədii hissəsində məktəbin 3ª sinfinin şagirdləri Ulu Öndərin təhsil, mədəniyyət haqqında kəlamlarını və Heydər Əliyev haqqında müxtəlif şeirlər səsləndirib, "Ağ çiçəyim", "Şuşanın dağları", "Sarı gəlin" rəqslərini, eyni zamanda "Qarabağ" mahnısını ifa ediblər.
Sonda Pedaqoji Universitetin əməkdaşı, p.ü.f.d. Ümhani Məmmədova çıxış edib, "Azərbaycan" mahnısı ilə tədbir yekunlaşıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search