Previous Next

ADPU-da “Tələbələr üçün IB təlimi” proqramını uğurla tamamlayan tələbələrə sertifikatlar verilib

Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Tələbələr üçün IB təlimi” layihəsi çərçivəsində sertifikat təqdimetmə mərasimi keçirilib.
Mərasimdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini çıxış edərək təlimin əhəmiyyətindən və tələbələrin qazandıqları bacarıqlardan söz açıblar.
Tələbələrin təəssüratlarının dinlənilməsindən sonra təlim proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Pedaqoji Universitet Avropa Azərbaycan Məktəbi ilə birgə 2023-cü ilin 7 dekabr tarixindən “Tələbələr üçün IB təlimi” adlı silsilə təlimlərə başlayıb. Təlimlərdə tələbələrə beynəlxalq bakalavr proqramın (IB) dərindən öyrədilməsi nəzərdə tutulub.  
6 ay müddətində davam edən təlimlər Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini tərəfindən aparılıb. Təlimin əsas məqsədi IB kurikulumunun əsas tələb və meyarları əsasında peşəkar müəllim profilini inkişaf etdirməkdir. Təlim proqramının digər məqsədi tədris prosesinin təşkili zamanı IB kurrikulumun tətbiqi, istifadə olunan metod və alətlər, öyrətmənin effektivliyini artıran strategiyalar və onlar vasitəsilə keyfiyyətli tədris mühitinin yaradılması yollarını gələcək müəllimlərə ötürməkdir.  
Ümumilikdə, ADPU-nun 7 fakültəsindən təlimə qoşulan 61 nəfər tələbədən 6 ay müddətində təlimlərdə davamlı iştirak edən 35 nəfər proqramı uğurla tamamlayaraq sertifikata layiq görülüblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search