Pedaqoji Universitet Türkiyə ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrini genişləndirir

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) özünün strateji inkişaf istiqamətlərinə uyğun olaraq beynəlxalq əməkdaşlığa və qarşılıqlı əlaqələrə böyük önəm verir. Bu istiqamətdə icra olunan ardıcıl tədbirlər içərisində Türkiyə Respublikasının ali təhsil müəssisələri ilə əlaqələrin qurulması və genişləndirilməsi, təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir.

İyunun 3-də bu tədbirlər çərçivəsində növbəti görüşlər Türkiyənin Bartın Universiteti və Kayseri Universitetinin rəhbərliyi ilə keçirilib.

Görüş əsnasında tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verərək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

İşgüzar görüşlərdə ADPU-nun rektoru professor Cəfər Cəfərov və Bartın Universitetinin rektoru Orxan Uzun “Erasmus+” və “Mövlanə” mübadilə proqramları üzrə müqavilə, o cümlədən, qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıblar.

Kayseri Universitetinin nümayəndə heyəti ilə görüşün yekununda isə rektorlar prof. Cəfər Cəfərov və Qurtuluş Qaramustafa universitetlər arasında akademik əməkdaşlığa dair protokol imzlayıblar.

ADPU-nun mətbuat katibi Cavid Hüseynov

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin