Previous Next

ADPU TGT-nin IX Hesabat-seçki konfransı keçirilib – yeni sədr seçilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) IX Hesabat-seçki konfransı keçirilib.
Konfransda çıxış edən sosial və humanitar məsələlər üzrə prorektor, professor  Fikrət Rzayev təşkilatın uğurlarından bəhs edib, növbəti illərdə də bu uğurların davam edəcəyinə ümid etdiyini bildirib. 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli öz nitqində qeyd edib ki, ADPU TGT sədri Təhmasib İmaməliyev bir çox böyük layihələrin uğurla icrasına nail olmuş və tələbələrin maraqlarına uyğun tədbirlərin təşkilinə öz töhfəsini vermişdir. Bu xüsusda ADPU TGT-nin sədri Təhmasib İmaməliyev “Fəxri Məzun” mükafatına layiq görülüb.
Təltifetmədən sonra ADPU TGT sədri T.İmaməliyev 2 il ərzində görülən işlərlə bağlı hesabat təqdim edib. 
Daha sonra ATGTİ-nin mətbuat katibi Fidan Həsənova mayın 20-də keçirilən ADPU TGT sədri seçkilərində namizədlərdən Çiçək Sultanlının səs çoxluğu ilə yeni sədr seçildiyini bildirib. 
ADPU TGT-nin yeni sədri Çiçək Sultanlı göstərilən etimada görə tələbələrə öz təşəkkürünü bildirib və təşkilatın yeni formalaşdırılan komandasını tədbir iştirakçılarına təqdim edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search