Previous Next

ADPU Təhsil Könüllüləri Tələbə Birliyinə yeni sədr seçilib

Mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) “Bu hələ son deyil..” mövzusunda Hesabat-seçki iclası keçirilib.
İclasda açılış nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev diqqətə çatdırıb ki, bu iclasda artıq təşkilatın sədri Nərgiz Quluzadə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq öz yekun hesabatını təqdim edəcək və daha sonra təşkilata yeni sədr seçiləcək.
Çıxış edənlərdən ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, şöbənin mütəxəssisi İsmayıl Nəsirov, ADPU-nun Heydər Əliyev Mərkəzinin mütəxəssisi Tərlan Ağayev Nərgiz Quluzadənin sədr olduğu müddətdə TKTB-nin uğurlu fəaliyyəti haqqında öz fikirlərini bölüşüb, onun sədrliyi dövründə yaranmış müsbət imicin bundan sonrakı komanda tərəfindən də uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.
Hesabatla çıxış edən N.Quluzadə təşkilata sədr təyin olunduğu vaxtdan, yəni 24 may 2022-ci ildən bu günə qədərki ümumi fəaliyyəti haqqında danışaraq, sədrliyi müddətində Təhsil Könüllüləri Tələbə Birliyinin həyata keçirdiyi layihələr haqqında statistik məlumatlar verib.
Daha sonra şöbə müdiri Turan Kərimli Səidə Abulovanın ADPU TKTB-nin yeni sədri seçildiyini elan edib.
Səidə Abdulova Nərgiz Quluzadə ilə birlikdə təşkilatın yeni İdarə Heyətini iclas iştirakçılarına təqdim edib.
İclasının sonunda 2 illik hesabat dövründə uğurlu fəaliyyət göstərdiklərinə görə təşkilatın fəal üzvləri mükafatlandırılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search