Previous Next

ADPU THİK intellektual yarış keçirib: Müstəqillik kuboku

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) nəzdində fəaliyyət göstərən "Gənc İntellektlər" klubunun təşkilatçılığı ilə ADPU-nun əsas tədris binasında tələbələr arasında 28 May - Müstəqillik Gününə həsr olunmuş "Müstəqillik kuboku" adlı intellektual yarış keçirilib. 
Yarışda universitetin 60-a yaxın tələbəsi 10 komanda halında mübarizə aparıb.  Tələbələr Müstəqillik Günü ilə bağlı sualları cavablandırmağa çalışıblar. 
Gərgin yarışın yekununda "5N1K" komandası yarışın qalibi, "OMADİ" komandası II, "SABAH" komandası isə III yerin sahibi olub.
Qalib komandaların üzvləri diplomla təltif olunublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search