Previous Next

"Satira və yumor səhnədə” - ADPU tələbələri Tahir İmanovla görüşüb

Mayın 27-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Univeristeti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən "CreArt" mədəniyyət klubunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar artisti, "Planet Parni İz Baku" KVN Teatrının bədii rəhbəri Tahir İmanovla "Satira və yumor səhnədə" adlı görüş keçirilib.
Açılış nitqi ilə çıxış edən ATGTİ-nin üzvlərlə iş üzrə meneceri, “CreART” proqramının rəhbəri Bəxtiyar Quluzadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən yaradılmış "CreArt" mədəniyyət klublarının məqsədi və keçirdiyi layihələrlə bağlı ətraflı məlumat verib.
Daha sonra çıxış edən Pedaqoji Universitetin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) sədri Çiçək Sultanlı qeyd edib ki, belə görüşlərin təşkili tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə yönəlib və ADPU TGT gənclərin maariflənməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirir.
Daha sonra Əməkdar artist Tahir İmanov səhnəyə dəvət olunub. Tahir İmanov gənclərin suallarını cavablandırıb, “KVN”in tarixindən və şəxsi təcrübələrindən söz açıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search