Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Pedaqoji Universitetdə baş tutan imzalanma mərasimində ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli, Assosiasiyaya üzv müəssisələrin nümayəndələri, eləcə də Pedaqoji Universitetin professor-müəllim heyəti iştirak edib.
İmzalanan sənədə əsasən tərəflər arasında təhsil sahəsində müvafiq istiqamətlər üzrə birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.a