Previous Next

ADPU tələbələri DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin dekan müavini, dosent Bəsti Əsədovanın rəhbərliyi, müəllimlər Zəminə Məlikova, Sevinc Mehdiyeva və fakültənin mətbuat katibi Gültəkin Ərəbovanın iştieakı ilə ilə fakültənin III tədris ilinin tələbələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar. 
Mərkəzin sosial işlər üzrə mütəxəssisi Aysel İsmayılova müəllim-tələbə heyətini mərkəzin fəaliyyəti barədə məlumatlandırıb, həssas əhali qruplarına aid şəxslərə göstərilən xidmət istiqamətləri ilə tanış edib. Qeyd olunub ki, mərkəzdə həssas qrupdan olan şəxslərin yaradıcılıq potensialının artırılması və sosial-psixoloji dəstək məqsədi ilə rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma və media, fotoqrafiya sənəti, kulinariya, səhnə ifaçılığı, kapoeyra və publisistika daxil olmaqla, ümumilikdə 14 istiqamət üzrə təlimlər keçirilir. 
Ekskursiya çərçivəsində tələbələr mərkəzdə benefisiarların hazırladıqları əl işlərindən ibarət sərgi ilə, o cümlədən göstərilən xidmət istiqamətləri üzrə studiya və təlim otaqları, burada müəllim və benefisiarların gördükləri işlər, mərkəzin kitabxana və akt zalı ilə tanış olmuşlar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search