Previous Next

ADPU-nun Quba filialında ədəbiyyat könüllülüyünün təbliği ilə bağlı tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialınında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşdirdiyi“Tanı, Oxu, Tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində tədbir keçirilib.
Filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilən tədbirdə açılış nitqi söyləyən filialın direktoru, dosent Yusif Alıyev ədəbiyyatın, sözün qüdrətindən bəhs edib, bu istiqamətdə istedadlı gəncləri dəstəkləməyin vacibliyini vurğulayaraq layihənin müqəddəs amala xidmət etdiyini bildirib. 
Sonra layihə və ədəbiyyat könüllülüyü haqqında geniş məruzələrlə çıxış edən DGTYB-nin təsisçisi, nasir-publisist, şair, AYB-nin və AJB-nin üzvü Əkbər Qoşalı, DGTYB sədri, şair-publisist İntiqam Yaşar, AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Mənsur Ağayev, filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev və gənc şairə Sərvinaz Sərvər filialda keçirilən bu tipli tədbirlərin gənclər üçün əhəmiyyətini qeyd ediblər, həmçinin tələbələr ədəbi topluda yer alan şeirləri səsləndiriblər. 
Tədbirdən sonra qonaqlar filialda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Miqdad Abduləlimov adına auditoriyanı ziyarət ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search