Previous Next

ADPU-nun Elmi-Tədqiqat Mərkəzi tərəfindən növbəti təlim keçirilib

İyunun 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-Tədqiqat Mərkəzi (ADPU ETM) tərəfindən İncəsənət və fiziki tərbiyə fakültəsində professor-müəllim heyəti üçün “Pedaqoji təhsildə müasir təlim texnologiyalarının tətbiqi: beynəlxalq təcrübə və mentor xidmətinin təşkili” layihəsi çərçivəsində bir günlük təlim keçirilib. 
Təlimdən əvvəl  fakültədə keçirilən dəyirmi masada layihənin icrasına dair fikir mübadiləsi aparılıb. Dəyirmi masada ETM-in müdiri, dosent Ərəstun Mehdiyev, Tətbiqi tədqiqatlar bölməsinin müdiri, dosent Gülşən Novruzova, İncəsənət və fiziki tərbiyə  fakültəsinin dekanı, dosent Anar Fərmayılov, dekan müavini Jalə Təhməzova, kafedra müdirləri dosent Nigar Cəlilova və Telman Tağıyev iştirak edibər. 
Layihə çərçivəsində fakültədə tədris sahəsində mövcud vəziyyət öyrənilərək müzakirə edilib və fəaliyyət planı üzrə qarşıda duran vəzifələr icra olunub. Müəllim və tələbələr arasında sorğular  aparılıb, dərs müşahidələri və sillabusların təhlili həyata keçirilib, nəticələrə dair müzakirələrdən sonra təlimlər təşkil edilib.
Tətbiqi tədqiqatlar bölməsinin müdiri, dos. Gülşən Novruzovanın təqdimatında keçirilən təlimin məqsədi professor-müəllim heyətinin tədqiqata əsaslanan dərslərin  təşkilinə yönəldilməsi və praktik bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda qabaqcıl beynəlxalq təcrübənin (Türkiyə) tətbiq edilməsindən ibarətdir. Təlimlərin yekununda iştirakçılara sertifikatlar təqdim ediləcək.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search