Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin dosenti Sevinc Hacıyeva Erasmus+ mübadilə proqramı çərçivəsində 10-14 iyun tarixlərində Polşanın Rzeszow Universitetində mobillikdə iştirak edib.
5 gün davam edən mübadilədə Sevinc Hacıyeva pedaqogika üzrə 8 saat dərs tədris edib, fakültə ilə tanış olub.
Qeyd edək ki, 23 may 2023-cü il tarixində Polşanın Rzeszow Universiteti ilə Pedaqoji Universitet arasında Erasmus+ proqramı çərçivəsində (Fəaliyyət 1) tələbə/heyət mobilliyini həyata keçirmək məqsədilə müəssisələrarası müqavilə imzalanıb. Eyni zamanda bu mübadilə ADPU ilə Rzeszow Universiteti ilə əməkdaşlıq çərçivəsində ilk akademik heyət mübadiləsidir.