Previous Next

Humanitar Kollecin tələbələrinin ADPU-dakı təcrübələri uğurla başa çatıb

İyulun 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin “Kitabxana işi" ixtisası üzrə təhsil alan bir qrup tələbəsinin diplomqabağı təcrübəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova bildirib ki, təcrübədə olan tələbələrə yüksəkixtisaslı, peşəkar müəllimlər rəhbərlik edib. Təcrübə müddətində tələbələrin kitabxananın bazasından, texniki sənədlər və imkanlardan istifadə etməsinə imkan yaradılıb, həmçinin tələbələr iş prosesi ilə yaxından tanış olaraq təcrübi biliklər əldə ediblər. Təcrübəçi tələbələr müəssisə rəhbərliyinin verdiyi tapşırıqları, eləcə də fənn müəllimləri və təcrübəyə rəhbərlik edən metodist müəllimlərin tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.
Daha sonra tələbələrin ifasında şeir nümunələri səsləndirilib.
Sonda təcrübə müddətində fərqlənən tələbələrə "Təşəkkürnamə" verilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search