Previous Next

Prorektor Könül Pirverdiyeva “İnnovasiya Gənclər Forumu”nda spiker qismində çıxış edib

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən İnnovasiya Könüllüləri Təşkilatının və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “İnnovasiya Gənclər Forumu” nun üçüncü mərhələsi baş tutub. Formun üçüncü panel görüşü “İnnovativ Gənc: Təhsil müzakirəsində” mövzusunda həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan İnnovasiya Könüllüləri Təşkilatının baş katibi Təhmasib İmaməliyev günün gənclər üçün xüsusiliyini vurğulayaraq, ümumilikdə İnnovativ Gənclər Forumu haqqında ətraflı məlumat verib, formun işinə uğurlar arzulayıb.

Görüşdə qonaq spiker qismində çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva universitetlərin uzunmüddətli strateji inkişaf planlarında mövcud olan prioritet sahələr və müasir təhsilin tələblərinə uyğunlaşmanı təmin etmək üçün həyata keçirilən təşəbbüslər barəsində fikirlərini gənclərlə bölüşüb. O, forum ərzində  təhsil islahatları, müəllimlərin peşəkarlığı, təhsil texnologiyaları, universitetdə tələbə fəaliyyətləri və mentorluq proqramları haqqında könüllülərin suallarını cavablayıb, onları süni inttellekt və digər açıq mənbələrdən bəhrələnərək ömürboyu öyrənməni həyat vərdişinə çevirməyə səsləyib.

Daha sonra çıxış edən III Yüksəliş müsabiqəsinin qalibi, karyera və şəxsi inkişaf məsləhətçisi Toğrul Ələkbər təhsil sahəsində karyera inkişafı üçün gənclərə gərəkli olan vacib peşəkar bacarıqlar barəsində tövsiyyələrini bölüşüb.

Tədbirin davamında 12 saylı orta məktəbin ibtidai sinif müəlllimi Günel Əkbər təhsil sahəsindəki yenilikləri tətbiq edərkən hansı strategiyaları izlədiyindən bəhs edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search