Previous Next

ADPU e-universitet sisteminin tətbiqini genişləndirir

Azərbaycan Dövlət Pedaqoji Universiteti yeni tədris ilindən başlayaraq tədris prosesində effektivliyi artırmaq və daha yüksək keyfiyyət təmin etmək, eləcə də rəqəmsal transformasiya prosesini genişləndirmək məqsədilə elektron universitet sisteminin (e-universitet) tətbiqini genişləndirməyə başlayacaq. Bu məqsədlə universitet tədrisin elektron idarə olunması üzrə yeni proqram təminatı əldə edib.

Proqram təminatı tədris prosesinin idarə olunması, monitorinqi, sənədləşdirilməsi, hesabatlılığın təmin olunması, təhsil məzmununun çatdırılması və nəzarət vasitələrini özündə birləşdirir.

Yeni tədris ilindən sistemdən səmərəli istifadəni təmin etmək məqsədilə 21 avqustdan etibarən universitetdə mütəxəssislər tərəfindən tütorlar üçün təlimlərə start verilib. Təlimlərdə yeni sistemdə qrupları və tələbələri əlavə etmək, məlumatları idarə etməklə bağlı əsas məqamlar izah edilir, həmçinin sistemin funksionallıqları və üstünlükləri barədə məlumat verilir.

Qeyd edək ki, Pedaqoji Universitet elektron universitet sisteminin tətbiq dairəsini genişləndirməklə təhsil prosesinin idarə edilməsində müasir texnologiyaların tətbiqini gücləndirməyi və tələbə-müəllim əlaqələrinin daha səmərəli təşkil edilməsini hədəfləyir. Görülən tədbirlərlə indiyədək mövcud e-universitet xidmətlərini daha da təkmilləşdirmək nəzərdə tutulur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search