Previous Next

ADPU-nun coğrafiyaçı alimləri danimarkalı həmkarlarını unikal təbii abidələrlə tanış ediblər

“Erasmus+” beynəlxalq mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində qonaq olan Danimarkanın Kopenhagen Universitet Kollecinin (UCC) Coğrafiya departamentinin nümayəndələri Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının bələdçiliyi ilə ekskursiyada olublar.

Proqram çərçivəsində iyunun 2-də Azərbaycan coğrafiyası və CTT kafedrasının müdiri dosent Oqtay Alxasov, baş muəllimi Səmayə Həsənova və UCC-nin coğrafiyaçı alimləri Peter Mikael Hansen, Klaus Bruun, Jesper Heidemann Langhoff Qobustan ərazisində mövcud olan palçıq vulkanları nümunələri ilə, eyni zamanda Qobustan Dövlət Tarixi və Bədii Qoruğunda arxeoloji abidələr, qədim qayaüstü rəsmlər, ərazidəki müxtəlif geoloji və relyef nümunələri ilə tanış olmuşlar.

İyunun 3-də Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada məktəb direktoru, ADPU-nun Tarix və coğrafiya fakültəsinin keçmiş məzunu Xəyalə Veyisova və müəllim-şagird kollektivi ilə görüş keçirilmiş, gələcək əməkdaşlıq və həyata keçıriləcək mümkün layihələr müzakirə olunmuşdur. Qonaqla gimnaziyanın STEAM layihəsi çərçivəsində şagirdlərin hazırladıqları nümunələr, qrup işləri ilə tanış olmuş və böyük maraqla qarşılamışlar.

Növbəti gün isə UCC nümayəndələrinin Şamaxı şəhərinə səfəri təşkil edilmişdir. Səfər şərçivəsində ADPU-nun Şamaxı filialında olan qonaqlara filial direktoru, dos.Tünzalə Yusifova filialın tarixi, tələbə-müəllim kontingenti, ixtisaslar haqqında məlumat vermiş, qonaqlar coğrafiya kabineti, inklüziv təhsil kabineti ilə tanış olmuş, coğrafiyaçılar və digər əməkdaşlarla söhbət etmişlər.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını ziyarət edən qonaqlar Almaniyanın “Karl Seyss” firması tərəfindən istehsal olunmuş və 1966-cı ilin sentyabrında rəsədxanada istifadəyə verilən iki metrlik teleskopla bağlı məlumat almış, onları maraqlandıran suallar mütəxəssis tərəfindən cavablandırılmışdır.

Daha sonra xarici alimlər Şamaxı-Pirqulu-Lahıc marşrutu üzrə müxtəlif relyef və landşaft nümunələri ilə yaxından tanış olmuşlar.

Bununla da UCC-nin coğrafiyaçı alimlərinin ADPU-dakı proqramı başa çatıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search