Previous Next

ADPU-NUN BAKALAVRİAT SƏVİYYƏSİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏR ÜÇÜN QEYDİYYAT QAYDALARI

2024/2025-ci tədris ilində ADPU-nun bakalavriat səviyyəsinə qəbul olunmuş şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq.

28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Abituriyentlər https://portal.edu.az/ platformasında “Xidmətlər” bölməsində “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq. Müəyyən edilmiş tarixə kimi qeydiyyatdan keçməyən abituriyentlər ali təhsil müəssisəsinə qəbul olunmaqdan imtina etmiş hesab olunur.

Qeydiyyat zamanı tələb olunan sənədlərlə posterlərdə tanış ola bilərsiniz.

Sənədləri yüklədikdən sonra, hansısa düzəliş yoxdursa, ödəniş hissəsinə keçiriləcək. Ödənişi birbaşa https://portal.edu.az/ üzərindən şəxsi səhifənizdə bank kartları vasitəsilə, "Birbank" tətbiqi, "Emanat" və "Eksprespay" ödəniş aparatları ilə FİN kod vasitəsilə (bu hallarda ödəniş portalda avtomatik qaydada əks olunacaq), banklarda isə invoys kodla (invoys kod ödəniş hissəsində sizə veriləcək) ödəyə bilərsiniz (bu halda ödəniş qəbzini sistemə yükləməlisiniz).

Təhsil haqqının minimum 50%-i ödənilməlidir.

Təhsil Tələbə Krediti Fonduna (TTK) müraciət edən tələbələr təhsil müəssisəsini məlumatlandırmalıdırlar. Bunun üçün elektron qeydiyyat zamanı müvafiq bənd işarələnməlidir.

Ödənişli əsaslarla qəbul olunub təhsil haqqından azad olunan, yaxud təhsil haqqına güzəşt hüququ olan tələbələr elektron qeydiyyat zamanı müvafiq bəndi seçərək aid olduqları kateqoriyanı seçməli və tələb olunan sənədlərin elektron variantını sistemə yükləməlidirlər.

Təhsil Tələbə Kreditinə müraciət qaydaları, eləcə də təhsil haqqından azad olunma və təhsil haqqına güzəştlərlə bağlı məlumat və tələb olunan sənədlərlə tanış olmaq üçün buraya klikləyin və ya posterdəki QR kodu oxudun.

Dərslər başladıqdan sonra tələbələr müvafiq sənədləri əyani qaydada ali təhsil müəssisəsinə təqdim etməlidirlər.

 

Əlavə məlumat:

Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyli 68

Tel.: +994 12 498 78 01

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search