Sentyabrın 19-da Moskva Dövlət Pedaqoji Universitetinin (MDPU) beynəlxalq əlaqələr üzrə prorektorunun müavini dosent Olqa Marozova və həmin universitetin Dərbənd filialının direktoru dosent Ruslan Hüseynov Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) ziyarət ediblər.
Görüşdə ADPU-nu rektor prof. Cəfər Cəfərov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova təmsil ediblər.
Görüş zamanı tərəflər arasında ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub və əməkdaşlıq müqaviləsinin bağlanması barədə razılıq əldə edilib.