Previous Next

"ADPU TV" vakansiya elan edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəsmi “Youtube” kanalı – “ADPU TV” universitetin tələbələri arasında aşağıdakı vəzifələr üzrə vakansiyalar elan edir:

  1. Aparıcı

Vəzifə öhdəlikləri:

- Yayımlanacaq proqram, canlı yayım və müsahibələrin aparılması

- Mövzular üzrə məzmunun təqdim edilməsi

- Proqramın gedişatını idarə etmək və qonaqlar ilə əlaqə yaratmaq

Tələblər:

- Aydın, axıcı, intonasiyalı nitq

- Düzgün diksiya və səlis danışıq qabiliyyəti

- Yüksək səviyyədə Azərbaycan dili biliyi

- Sürətli düşünmə və çevik reaksiya vermə bacarığı

  1. Ssenarist

Vəzifə öhdəlikləri:

- Müxtəlif mövzularda maraqlı və cəlbedici ssenarilərin yazılması

- Proqram, müsahibə və canlı yayımların məzmununa uyğun dialoq mətnlərinin hazırlanması

Tələblər:

- Geniş yaradıcı təxəyyül

- Müxtəlif məzmunlu mətn qurma və dialoq yazma bacarığı

- Azərbaycan dilinin norma və qaydalarına uyğun yazı qabiliyyəti

  1. Müxbir

Vəzifə öhdəlikləri:

- Universitet daxilində keçirilən layihə və tədbirlərdən videoreportaj və canlı yayımların təşkili

- Müxtəlif məzmunlu sorğu və müsahibələrin aparılması

Tələblər:

- Azərbaycan dilində səlis yazı və nitq qabiliyyəti

- Operativ araşdırma və yüksək ünsiyyət bacarıqları

  1. Videoqraf

Vəzifə öhdəlikləri:

- Yayımlanacaq proqram, müsahibə və reportajların yüksək keyfiyyətdə çəkilişi

- Cəlbedici məzmun yaradılması üçün yaradıcı həllərin tapılması

Tələblər:

- Yüksək səviyyədə çəkilişetmə bacarığı

- Yaradıcı yanaşma

  1. Montajçı

Vəzifə öhdəlikləri:

- Çəkilmiş video materiallarının montajı və redaktəsi

- Səs, qrafika və xüsusi effektlərin əlavə edilməsi

- Videoların rəng korreksiyası və optimallaşdırılması

Tələblər:

- Montaj proqramları üzrə biliklər

- Səs dizaynı və rəng korreksiyası sahəsində təcrübə

- Müxtəlif formatlar üçün videolar hazırlamaq bacarığı

  1. SMM

Vəzifə öhdəlikləri:

- Sosial media platformalarının (Facebook, Instagram, TikTok, LinkedIn və s.) idarə edilməsi

- Kontent yaratmaq və post planlaması

- Müraciətlərin cavablandırılması

Tələblər:

- Sosial şəbəkə hesablarını idarə etmək bacarığı

- Sosial media performansını təhlil etmək qabiliyyəti

  1. Dizayner

Vəzifə öhdəlikləri:

- Reklam, banner, sosial media postları üçün dizaynlar hazırlamaq

- Müxtəlif məzmunlu vizual kontentlər yaratmaq

Tələblər:

- Dizayn proqramlarında işləmə bacarığı

- Kreativ yanaşma, dizayn trendlərini izləmək və tətbiq etmək bacarığı

  1. Fotoqraf

Vəzifə öhdəlikləri:

- Müxtəlif tədbir, layihə və görüşlərdən fotoçəkilişlər həyata keçirmək

- Fotoşəkillərin redaktəsi və son dizayn işlərini yerinə yetirmək

Tələblər:

- Fotokamera və telefonla yüksək keyfiyyətli çəkilişetmə bacarığı

- Yaradıcı estetik düşüncə

  1. Redaktor

Vəzifə öhdəlikləri:

- Mətnlərin redaktəsi və üslub cəhətdən təkmilləşdirilməsi

- Kontentin qrammatik, üslubi və struktur baxımından düzgünlüyünün təmin edilməsi

Tələblər:

- Azərbaycan dilinin orfoqrafik qaydaları və normalarına uyğun, səlis yazı bacarığı

- Müxtəlif məzmunlu xəbər, məqalə və digər mətnlərin hazırlanması bacarığı

Müraciət etmək istəyənlər aşağıdakı linkə keçid edərək qeydiyyatdan keçə bilərlər: https://forms.gle/cSDMjwUdGt16AxMp6

Son müraciət tarixi: 01.10.2024-cü il, saat 12:00

Qeyd edək ki, vakansiyalar könüllülük prinsipinə əsaslanır və yalnız ADPU-nun bakalavr və magistr tələbələri müraciət edə bilərlər.

 

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search