Previous Next

“Su ehtiyatlarımız təbii sərvətimiz və həyat mənbəyidir” – ADPU-nun Şəki filialında konfrans

Sentyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Tədbirlər Planına uyğun olaraq növbəti elmi konfrans keçirilib.

Konfransda filialın rəhbərliyi, professor-müəllim heyəti  və tələbələr iştirak ediblər.

“Su ehtiyatlarımız təbii sərvətimiz və həyat mənbəyidir” adlı konfransı giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev qeyd edib ki, planetimizin qlobal problemləri sırasında təbiətlə insan və cəmiyyət arasında çoxsahəli qarşılıqlı münasibətlər sistemində mövcud ekoloji problemlər öz miqyasına və böhran həddinə görə qlobal xarakter kəsb etməkdədir. Bu problemlər Yer planetində hava, su və quru ərazilərində sürətlə yayılmaqla, olduqca təhlükəli həddə çatmışdır. BMT və dünya ölkələri  problemin çözülməsi yollarını axtarır, vaxtaşırı beynəlxalqmiqyaslı tədbirlər keçirir, işgüzar müzakirələr aparır, qəraralar qəbul edirlər. BMT-nin İqlim Dəyişikliyi Konfransları buna bariz nümunədir. 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək COP-29 bu tədbirlərin ən əhəmiyyətlisidir.

Konfransda coğrafiya üzrə fəlsəfə doktoru, filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Qafqaz Ağabalayev “Azərbaycanın mineral su ehtiyatlarının fiziki-coğrafi arealı”, həmin kafedranın müəllimi Murad Qəhrəmanov “Su ehtiyatlarından səmərəli istifadə qlobal problem kimi”, Tarix və coğrafiya müəllimliyi ixtisasının V tədris ili tələbəsi Nigar Məmmədli “Ölkəmizin müalicə əhəmiyyətli mineral suları” mövzularında təqdimatlarla çıxışlar ediblər.

Konfransda respublikamızda istehsal olunan 10-a yaxın sulardan nümunələr nümayiş etdirilib.  

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search