Previous Next

Pedaqoji Universitetə qəbul olunan doktorant və dissertantlara vəsiqələr təqdim olunub

Oktyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2024-cü il üzrə fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul olunanlarla görüş keçirilib. Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Magistratura və doktorantura şöbəsinin müdiri, s.e.f.d. Rəşad Sadıqov, eləcə də yeni qəbul olunan doktorant və dissertantlar iştirak edib.

Açılış sözü ilə çıxış edən Pedaqoji Universitetin rektoru prof. Cəfər Cəfərov tədbir iştirakçılarını salamlayaraq, Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb. Yüksəkixtisaslı mütəxəssislərin cəmiyyətin inkişafında oynadığı mühüm roldan danışan rektor doktorant və dissertantların öz elmi araşdırmaları ilə həm ölkənin, həm də dünyanın gələcəyinə töhfə verəcəyini vurğulayıb. Prof. C.Cəfərov, həmçinin doktorantlara dil bilikləri və texnoloji bacarıqlarını daim inkişaf etdirməyi, bu bacarıqların təhsil və tədqiqat işlərində yeni perspektivlər açaraq elmin inkişafına təkan verən önəmli vasitələr olduğunu qeyd edib.

Rektor gənc tədqiqatçılara uğurlar arzulayaraq, tədqiqat işlərində ən müasir və aktual, innovativ elmi-pedaqoji istiqamətlərə üstünlük vermələrini tövsiyə edib.

Çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru prof. Asəf Zamanov diqqətə çatdırıb ki, cari ildə Pedaqoji Universitetdə fəlsəfə doktorluğu proqramı üzrə təhsil almaq üçün ümumilikdə 45 nəfər yerli və əcnəbi namizəd müraciət edib. Qəbulun nəticələrinə əsasən, 9 nəfər doktoranturaya, 1 nəfər isə dissertanturaya qəbul olunub. Vurğulanıb ki, qəbul olunan doktorantlardan biri Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində ADPU-nun doktoranturasına qəbul olunan Çin Xalq Respublikasının vətəndaşıdır.

Sonunda doktorant və dissertantlara müvafiq vəsiqələr təqdim edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search