Previous Next

ADPU SİM COP29-la bağlı maarifləndirmə tədbiri keçirib

Oktyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzinin (SİM) təşəbbüsü ilə COP29-a həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, mərkəzin əməkdaşları və ADPU-nun SABAH qruplarının tələbələri iştirak ediblər.

Tələbələri COP29 və iqlim dəyişikliyi ilə bağlı maarifləndirmək və təbiətə qarşı həssas münasibəti təşviq etmək məqsəi daşıyan tədbiri giriş sözü ilə açan prorektor Könül Pirverdiyeva qeyd edib ki, iqlim dəyişikliyi insan cəmiyyətinə ciddi təsir göstərən ekoloji bir məsələdir. Bu dəyişikliyin əsas səbəblərindən biri, insanların fəaliyyətidir. Bizim istifadə etdiyimiz hər bir məhsulun istehsalı üçün atmosferə böyük miqdarda zərərli qazlar buraxılır. İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün birgə çalışmalıyıq. Kiçik dəyişikliklər belə böyük nəticələrə səbəb ola bilər.

Daha sonra ADPU SİM-in əməkdaşı, Bakı şəhəri 256 nömrəli məktəbin müəllimi Günəş Abbasova COP29 ilə bağlı təqdimat edib. Təqdimatda “COP nədir?”, “COP tədbirləri niyə həyata keçirilir?”, “COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti” kimi mövzulara toxunulub. Eyni zamanda, tədbirdə iqlim dəyişikliyinə dair suallar ətrafında interaktiv müzakirələr aparılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search