Previous Next

ADPU-da görüş: "COP 29: Tələbələrin Yaşıl Missiyası"

Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  "COP29: Tələbələrin Yaşıl Missiyası" mövzusunda maarifləndirici görüş keçirilib. Görüşün məqsədi iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf mövzularında tələbələrin məlumatlılığını artırmaq və onları bu qlobal problemin həllinə cəlb etməkdir.

Giriş  sözü ilə çıxış edən "ADPU ENACTUS" komandasının prezidenti Şahin Məmmədli tələbələri salamlayıb və görüş barədə məlumat verib.

Çıxış edən görüşün xüsusi qonağı və təlimçisi, Skandinaviya İnkişaf Akademiyasının yaradıcısı, şəxsi inkişaf və ünsiyyət bacarıqları üzrə mütəxəssis Ağa Mehdiyev qlobal iqlim dəyişikliyi mövzusunda geniş məlumat verərək, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolunu vurğulayıb, onların aktiv şəkildə bu mübarizəyə qoşulmasının zəruriliyini qeyd edib. 

İştirakçılarka birgə iqlim dəyişikliyinin təsirləri, qlobal təşəbbüslər və yaşıl iqtisadiyyatın yaradılmasında gənclərin üzərinə düşən məsuliyyətlər barədə müzakirə ilə davam edən görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search