Noyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) elektron universitet sistemində müəllimlərin reytinq qiymətləndirilməsinin aparılması barədə onlayn müzakirə keçirilib.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov iclası açaraq, gündəlik və iclasın mahiyyəti haqqında iştirakçıları məlumatlandırıb.
Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov tələbə məmnunluq sorğusunun rəqəmsallaşdırılması haqqında məlumat verib.
İclasın gedişində dos. Eldar Aslanov, dos. Qalib Şərifov, Tale Talıbov, tərəfdaş şirkətin əməkdaşları Mədinə Məmmədova, Tural Möhsümzadə və digər üzvlərin elektron universitet sistemində müəllimlərin reytinq qiymətləndirilməsinin aparılması ilə əlaqəli sualları cavablandırlıb, təklif və iradları dinlənilib.
İclasın yekununda elektron universitet sistemində müəllimlərin reytinq qiymətləndirilməsinin aparılması yönündə fikirlər və qeydlər ümumiləşdirilib, növbəti görüşlər üçün planlaşdırmalar aparılıb.