Previous Next

Pedaqoji Universitetdə görüş: “İqlim dəyişmələrinin azaldılmasına xidmət edən EKOetik davranışlar”

Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Kimya və biologiya fakültəsinin dəstəyi, ADPU  Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə COP29-la bağlı “İqlim dəyişmələrinin azaldılmasına xidmət edən EKOetik davranışlar” mövzusunda görüş keçirilib.

Görüşün qonağı “Təmiz Şəhər” ASC-nin şöbə müdiri, AZTV-də yayımlanan “EKOetika” TV layihəsinin müəllifi və aparıcısı Orxan Cabbarlı olub.

Açılış nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev ekoloji problemlərin qlobal vüsət aldığı maüasir dövrdə təbii ətraf mühitin mühafizəsi və ekoloji mariflənməyə xidmət edən bu cür layihələrin olduqca vacib əhəmiyyətə malik olduğunu bildirib. Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı olan COP29 kimi böyükmiqyaslı tədbirə ev sahibliyi etməyə hazırlaşdığı vaxtda gənclərin təşəbbüskarlığından məmnunluq duyduğunu bildirən prof. F.Rzayev Pedaqoji Universitetin bu cür təşəbbüsləri daim dəstəkləməyə açıq olduğunu diqqətə çatdırıb. 

Görüşdə Orxan Cabbarlı təbiət və ekoloji mühit üçün  fəsadlar törədən davranışlar barədə geniş təqdimatla çıxış edib. O.Cabbarlı tələbələrə öz tövsiyələrini verərək, təbiətlə etik davranmanın qaydalarından söz açıb.

Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search