Previous Next

ADPU rektoru magistrantlarla görüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsilin təşkili və idarə edilməsi (MBA) ixtisaslaşmasında təhsil alan magistrantların Təhsildə strateji idarəetmə fənni üzrə növbəti dərslərində Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov qonaqları olub.

“ADPU-daa strateji idarəetmənin xüsusiyyətləri: Müəssisənin xarici və daxili mühitinin təhlili” mövzusunda keçirilən görüşdə giriş sözü ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov görüşün magistrantların idarəçilik və liderlik bacarıqlarının inkişafı baxımından əhəmiyyətini xüsusi vurğulayıb. A.Zamanov rektorun praktik təcrübəsinin və peşəkar idarəçilik bacarıqlarının magistrantlar üçün səmərəli öyrənmə mühiti yaradacağını və görüşdə iştirak edən magistrantların bu fikir mübadiləsindən zəngin təcrübə əldə edəcəklərini qeyd edərək, gənclərin görüş nəticəsində əldə edəcəkləri təcrübənin onların peşəkar karyeralarının inkişafında vacib fayda verəcəyinə əmin olduğunu bildirib.

ADPU-nun rektoru professor Cəfər Cəfərov təhsil müəssisələrinin idarə edilməsi sahəsində beynəlxalq təcrübələr, strateji idarəçilik modelləri və effektiv rəhbərlik yanaşmalarından bəhs edib, ADPU-da qabaqcıl təcrübələrdən istifadə edərək müasir standartlara cavab verən peşəkar kadrlar hazırlanması sahəsində aparılan islahatlar barədə magistrantlara məlumat verib.

Universitetdə strateji inkişaf planının hazırlanması və tətbiqi mexanizmləri barədə danışan prof. C.Cəfərov daxili və xarici mühitin analizi və bu proseslərin təhsilin keyfiyyətinə təsiri barədə ətraflı məlumat verib. 

Magistrantlar tərəfindən böyük maraqla qarşılanan görüş onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search