Previous Next

ADPU Ted Universiteti arasında memorandum imzalanıb

İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ted Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ADPU-nu universitetin rektoru professor Cəfər Cəfərov, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, Tədris Departamentinin direktoru dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Gülnar Ələkbərova, Ted Universitetini isə rektor prof. dr. İhsan Sabuncuoğlu, rektor köməkçisi prof. dr. Kemal Levend Parnas və Mühəndislik fakültəsi dekanı prof. dr. Güney Özcebe təmsil ediblər.

Görüş əsnasında tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verərək əməkdaşlıq imkanlarını müzakirə ediblər.      

Ted Universitetinin nümayəndə heyəti ilə görüşün yekununda rektorlar prof. Cəfər Cəfərov və prof. dr. İhsan Sabuncuoğlu universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıblar.

Sonda rektor professor Cəfər Cəfərov Ted Universitetinin nümayəndə heyətini universitetlə tanış edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search