Previous Next

“Balaca tacirlərin macəraları” inteqrativ dərsliyi İnsan İnkişafı Forumunda təqdim edildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, “Paşa Holding”in dəstəyi, Milli Təhsil Texnologiyaları Mərkəzi və İnkişaf Korporasiyasının təşkilatçılığı ilə  “Milli dəyərlərlə birgə qlobal biznesə!” devizi altında İnsan İnkişafı Forumu keçirilib.
Dövlət və özəl qurumların idarəedicilərinin, insan resursları üzrə mütəxəssislərinin və təhsil ictimaiyyətinin nümayəndələrinin  iştirakı ilə keçirilən forumda ADPU-nun rektoru professor Cəfər Cəfərov və universitetin struktur rəhbərləri də iştirak ediblər.
Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, "Paşa Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov çıxış edərək, ölkəmizdə insan kapitalının inkişafı və bu sahədə dövlət dəstəyi, bilik və bacarıqların artırılması, sahibkar düşüncə tərzinin təşviqi, təhsil sistemi və biznes arasında qarşılıqlı əməkdaşlıq, məşğulluq məsələləri, işəgötürənlər və işçilərin gözləntiləri  mövzularında fikir və təkliflərini bölüşüblər.
Həmçinin, forum çərçivəsində “İnsan inkişafı: Uşaq və gənclərdə biznes üçün kompetensiyaların formalaşdırılması” mövzusunda keçirilən panel müzakirədə  ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri p.ü.f.d. Xalidə Həmidovanın rəhbərliyi ilə ümumtəhsil məktəblərinin IV sinif şagirdləri üçün  hazırlanmış “Balaca tacirlərin macəraları” adlı inteqrativ dərsliyin təqdimatı keçirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search