Previous Next

ADPU ilə Azərbaycana Birgə Yardım Təşkilatı arasında anlaşma memorandumu imzalanıb

İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və “Azərbaycana Birgə Yardım” Təşkilatı (UAFA)  arasında görüş keçirilmişdir.

Görüşdə UAFA-nın təsisçisi Qven Börçell və Uşaqlıq dövründə sağlamlıq, təhsil, sosial inkişaf üzrə baza kursu (CHED) Programının Meneceri Ülviyyə Mirzəyeva iştirak ediblər.

Görüş zamanı ADPU-nu rektor professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Rəna Həsənova təmsil ediblər.

Keçirilən görüşdə iki tərəf arasında imzalanacaq əməkdaşlığa dair anlaşma memorandumu barəsində ilkin müzakirələr aparılmışdır. Uzun müddətli müzakirələr nəticəsində hər iki tərəfin razılığı ilə memorandumda ADPU-nun müvafiq ixtisaslarında təhsil alan və gələcəkdə xüsusi qayğıya ehtiyacı olan şəxslərlə işləməyi planlaşdıran tələbələri üçün “Azərbaycana Birgə Yardım” Təşkilatının mərkəzlərində təcrübə proqramlarının və təlimlərin təşkil olunması, birgə yerli və beynəlxalq səviyyəli konqres, konfrans və maarifləndirici tədbirlərin təşkili, Pedaqoji Universitetin tərəflərin müəyyənləşdirdiyi ixtisaslarında təhsil alan tələbələrinin təşkilatın mərkəzlərində könüllülük prinsipi ilə işləməsinə köməklik edilməsi, tərəflərin yerli və beynəlxalq ekspertlərin cəlb olunması ilə xüsusi qayğıya ehtiyacı olan şəxslərin ailələri və onlarla məşğul olan mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində birgə təlim, seminar və vebinar lar təşkil etməsi kimi istiqamətlər nəzərdə tutulmuşdur.

Görüşün sonunda Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Azərbaycana Birgə Yardım Təşkilatı arasında anlaşma memorandumu imzalanıb.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin