Previous Next

ADPU-nun Fizika fakültəsində eksperimental qrupun məzun günü ilə bağlı tədbir keçirilib

İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində eksperimental qrupun məzun gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADPU-nun rektoru prof. Cəfər Cəfərov, Fizika fakültəsinin dekanı dos. Arzu Daşdəmirov, dekan müavinləri dos. Xankişi Məmmədov, dos. Xatirə Adgözəlova, Ümumi fizika kafedrasının müdiri professor Cahangir Hüseynov, Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Sevinc Cəlilova və fakültənin professor-müəllim heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan rektor prof. C.Cəfərov iştirakçıları salamlayaraq, məzunları bu xoş gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

ADPU-nun davamlı inkişafından və uğurlarından söz açan  rektor qeyd etdi ki, ADPU-ya hər il yüksək balla qəbul olan tələbələrin sayı artıb. ADPU-da pedaqoji kadr hazırlığı istiqamətində görülən işlər universitetin  nüfuzunu daha da qaldırıb.

Daha sonra çıxış edən fakültə  dekanı dos. A. Daşdəmirov fakültənin əldə etdiyi nailiyyətlər, eksperimental qruplarda tədrisin təşkili ilə bağlı geniş məlumat verib.

Qeyd olunub ki, Fizika fakültəsinin məzunları magistraturaya qəbul və müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticələr göstəriblər.

Tədbirin gedişatında eksperimental qrup məzunlarının çıxışları dinlənilib. Yekunda tələbələrin hazırladıqları video-çarx nümayiş olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search