Previous Next

ADPU-nun Elmi Tədqiqat Mərkəzi Quba filialında təlim təşkil edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Tədqiqat Mərkəzinin rəhbərliyi və əməkdaşları universitetin Quba filialında olublar. Mərkəzin müdiri Ərəstun Mehdiyevin rəhbərliyi ilə filiala səfər edən əməkdaşlar əvvəlcə burada yaradılmış şəraitlə tanış olublar.

Daha sonra filialın professor-müəllim heyəti üçün “Təfəkkürə əsaslanan dərsin təşkili” adlı təlim təşkil olunub. Mərkəzin Tətbiqi tədqiqatlar bölməsinin müdiri dos. Gülşən Novruzovanın mentorluğu ilə keçirilən təlimdə mentorluq dəstəyinin metodologiyası, taksonomiya, təlim nəticələrinin müəyyən olunmasında taksonomiyaların rolu, dərsin planlaşdırılması və tərtibi, formativ qiymətləndirmənin əsas xüsusiyyətləri, üsul və vasitələri mövzuları əhatə olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search