Previous Next

ADPU tələbələri “Piroqov” interaktiv cihazı ilə tanış olublar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin tələbələri fakültənin dekan müavini dos. Bəsti Əsədovanın rəhbərliyi ilə “Aesthetic & Wellness World Academy”də (AWWA) qonaq olublar. Əvvəlcə  tələbələr “Piroqov” kompleksi və cihazın iş prinsipi ilə tanış olublar. Qeyd edilib ki, “Piroqov”un 3D kompleksi müasir dövrün artırılmış reallıqlardan istifadə tələbinə uyğun olaraq anatomiya fənninin elmi, interaktiv və əyləncəli formada tədrisini və öyrənilməsini reallaşdırır.

Daha sonra tələbələr 5 mərhələli bilik yarışında iştirak ediblər. Yarışın sonunda “AWWA”nın direktoru Validə Cəlilova dos. Bəsti Əsədovaya təltifnamə, yarışda iştirak edən tələbələrə isə sertifikat təqdim edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search